UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə "Omoniya"nın qonağı olacaq "Qarabağ"ın heyətində itkilər var.

Unikal.org xəbər verir ki, zədədən sonra məşqlərə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyevin Nikosiyadakı görüşdə iştirakı gözlənilmir.

"Xayme Romero isə əməliyyat olunduğu üçün ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, sentyabrın 30-da GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.