ABŞ-da  telekanalların birində qəribə anlar yaşanıb.  

Unikal.org xəbər verir ki, ABŞ vitse-prezidenti Kamala Harrisində  qonaq  olacağı  "The View" proqramında aparıcılar koronavirus test nəticələrinin cavablarını  öyrəniblər. Belə ki, hər  ikisində  müsbət  çıxan test  nəticəsindən sonra aparıcılar  studiyanı tərk ediblər.  Canlı  yayımlanan  proqramda qonaqlar nə  ilə qarşılaşdıqlarının şokunu yaşayıblar. 

Məşhur Hollivud ulduzu Bette Midlerin qonaq olduğu  veriliş aparıcısız davam edib. Kamala Harrisə isə məlumat verilib. O, bundan sonra canlı yayıma gəlməkdən imtina edib. 

Gülayə Mecid