“Noyabrın 9-dan 10-na keçən gecə imzalanan bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradılmalı olduğu açıq şəkildə göstərilir. Bu əlaqə yardıldımı? Yox!”.

Unikal.org  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Bu əlaqəni təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Oradakı quru yolun ümumi uzunluğu 40 kilometrdir. Biz indi müharibədən sonra bir ildə min kilometrdən çox yol tikmişik, həm torpaq yollar, həm də asfalt yollar. İndi orada 40 kilometrlik yolun açılması böyük problem deyil. Amma buna baxmayaraq, hətta Ermənistan buna razılıq da vermir. Aparılan müzakirələr nəticəsiz qalır. Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur. Biz hələlik səbrli davranırıq. Təmkinli davranırıq. Amma bizim səbrimizin də müddəti var və İkinci Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə də Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabrda imzalanmış bəynatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”, - Prezident vurğulayıb.