Koronavirusa yoluxan müğənni  Səyyad  Əlizadənin səhhətində  heç bir  dəyişiklik yoxdur.  

Bu barədə  Unikal.org-a müğənninin qohumu Razim Qarayev məlumat verib. Onun sözlərinə  görə,  müğənninin vəziyyəti  ağır  olaraq qalır:

"Süni tənəffüs aparatına qoşulub. Həkimlər cohazdan ayrımaq istədilər, amma  səhhəti  ağırlaşdı. Yenidən EKMO-ya  qoşuldu. Temperaturu olmur. Nəzarət  altındadır". 

Qeyd edək ki, bir müddət  əvvəl  koronavirusa  yoluxan müğənni Səyyad Əlizadə  Mərkəzi  Gömrük hospitalında müalicə alır. 

Gülayə Mecid