Rusiyada son sutka ərzində daha 21 438 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org “RİA Novosti”yə istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 354 995 nəfərə çatıb.

Ötən gün Rusiyada 820 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 201 445 nəfərə çatıb. İndiyədək 6 558 780 xəstə sağalıb.