Zaqatala rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli (hər mərtəbəsi 100 m²) 4 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.