Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin sərhədinin bağlanması barədə tapşırıqlar verib. 

Unikal.org xəbər verir ki, bu haqda ölkə Prezidentinin rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, A.Lukaşenko həmçinin hərbçilərə dövlət sərhədinin mühafizəsini artırmağı və onun pozulması hallarının qarşısını almağı tapşırıb. 

"Sərhədin hər metrini bağlayın",- deyə Lukaşenko bildirib.

Ağarza Elçinoğlu