Bakı Nəqliyyat Agentliyini (BNA) hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə  5 il ərzində görülən işləri açıqlayıb.

Unikal.org qurumun açıqlamasını təqdim edir:

"Nəqliyyat vasitələri üçün 47, piyadalar üçün 22 məntəqədə svetofor quraşdırılıb. 116 məntəqədə piyada svetofor seksiyası quraşdırılıb.

Hazırda BNA tərəfindən idarə olunan 155 ədəd svetofor və 342 ədəd svetoforlu yol kəsişməsi var".