Dünən bir qrup feminist Xəzər Rayon Polis İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.

Unikal.org xəbər verir ki, aksiyaya səbəb ötən gün Sevinc Məhərrəmovanın əri tərəfindən qətlə yetirilməsi olub.

Belə ki, feministlər idarə binasının girişinə qan rəmzi olaraq, qırmızı boya töküblər və plakatlar açaraq, “Qadın qətlləri siyasidir” şüarı səsləndiriblər. Feministlər həmçinin polis tərəfindən döyüldüklərini iddia edirlər.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev həmin qadınlar arasında saxlanılanın olmadığını bildirib:

"Polis tərəfindən həmin qadınlara təzyiq göstərilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Heç bir şəxs fiziki təzyiqə məruz qalmayıb".

Murad İbrahimli