Gədəbəydə yol-nəqliyyat hadisə baş verib.

Unikal.org xəbər verir ki, "VAZ 21011" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Nazim Hüseynov və daha bir nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)