Ucar rayonunda fəaliyyət göstərməyən beton zavodunun ərazisində “KamAZ” markalı avtokranın mühərrik hissəsi və yaxınlığında 10 m² sahədə quru ot yanıb.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.