Türkiyənin Bodrumun Gökpınar və Mazı kəndlərində yanğın yaşayış yerlərinə keçib.

Unikal.org xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Kənddəki evlər boşaldılıb, yanğınsöndürmə işləri davam edir.

Muğlanın Milas rayonunda Bəyçilər məhəlləsində meşəlik ərazidən başlayan yanğın küləyin təsirindən daha da şiddətlənib.