Şəmkirdə yerli sakin intihara cəhd edib.

Unikal.org-un məlumatına görə, hadisə Könüllü kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı C.İbrahimov üzərinə benzin tökərək özünə od vurub. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. C.İbrahimov xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)