Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, toy kortejində yüksək sürətlə hərəkətdə olan “Xəzər” markalı avtomobil həmin kortejdə gedən “Ford”a çırpılıb.

Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.