Hollivud ulduzu Rassel Krou Sidneydə Covid-19 əleyhinə peyvənd vurdurub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bu haqda tvitter hesabında yazıb. O bildirib ki, bunun üçün 7 min insanın yer aldığı növbədə dayanıb.

"Bazar günümü necə keçirdim?" deyə, Rassel paylaşdığı fotoda qeyde dib. O bildirib ki, sağlamlığı üçün buna məcburdur.