Vətən müharibəsindən keçən 7 aydan sonra Azərbaycan Ermənistan üzərində daha bir qələbə qazandı. Təbii ki, söhbət mina xəritələrinin verilməsindən gedir. Bu müddət ərzində Ermənistan onda mina xəritələrinin olmadığını iddia edirdi. İşğalçı ölkənin havadarları da Ermənistan rəhbərliyinin dediklərinin həqiqət olub-olmadığını bilmədikləri halda, “Ermənistanda mina xəritələri yoxdur” – deyə terrorçu ölkəni müdafiə edirdilər. Ancaq Ermənistan bu günlərdə mina xəritəsinin bir hissəsini qaytarmaqla həm özünü, həm də havadarlarını ifşa etdi.

Unikal.org xəbər verir ki , Demokratiya və İnsan Hüquq­ları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə söhbətimiz bu barədə oldu. O dedi:

– Ermənistanın havadarları, xüsusilə, qərəzli beynəlxalq təşkilatlar bir daha şahidi oldular ki, bu ölkənin, necə deyərlər, “ipinin üstünə odun yığmaq” olmazmış. Həmin qərəzli təşkilatlara o da aydın oldu ki, mey­mun suda boğulanda balasını da ayağının altına alar. İndi Ermənistan da həmin vəziyyətə düşüb. Dünənə qədər iddia edirdi ki, bizdə minalan­mış ərazilərin xəritəsi yoxdur. İndi isə bu ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dediyi kimi, müəyyən sövdələşmə yolu ilə “kiçik bir ərazi”nin mina xəritəsini qayta­rıblar. Deməli, hələ düşmənin əlində dinc insanların qəsdinə yönələn çox sayda minalanmış ərazilərin xəritələri var. Göründüyü kimi, düşmən faşist xislətini gizlədə bilmir. Hələ ki, dinc insanların qəsdinə yönələn xain pla­nın xəritələrinin bir qismini gizlədirlər. Bu, çox davam edə bilməz. Çünki Ermənistan onda mina xəritələrinin ol­madığını iddia etsə də, Azərbaycanın haqlı mövqeyinin, “dəmir yumruğ”un və uğurlu diplomatik-siyasi-hərbi gedişlərinin qarşısında cəmi 7 ay dözə bildi. Görünür, “dəmir yumruğ”un “ləzzətini” yenidən dadmaqdan çəkindi. Ona görə də əsirlərin dəyişdirilməsi bəhanəsi ilə Ağdam ərazisində basdırdıqları 97 min tank və piyada əleyhinə olan minanın xəritələrini Bakıya təhvil vermək məcburiyyətində qaldı.

Ç.Qənizadə bildirdi ki, Ermənistanın geriyə addımı dolayı və birbaşa yollarla İrəvanın siyasətini müdafiə edən ermənipərəst qüvvələr üçün çox gözlənilməz oldu. Çünki islamofobiyanın və ikili standartla­rın əsirinə çevrilmiş həmin qərəzli beynəlxalq təşkilatlar Ermənistandakı revanşizm meyillərinin artması halın­da proseslərdən qazancla çıxacaq­larını zənn edir, müxtəlf vasitələrlə aranı qızışdırmağa çalışırdılar. Ermənistan isə öz qüvvəsinə və Azərbaycan Ordusunun qüdrətinə artıq bələd oldu. Çətin ki, bu ölkə yenidən Azərbaycanla müharibəyə razılıq verər. Necə deyərlər, “göz gördüyündən qorxar”.

Hüquq müdafiəçisi səksən il əvvəl baş vermiş Böyük Vətən müharibəsini xatırlatdı. Dedi ki, həmin mühribədə də faşistlər işğal etdikləri əraziləri dağıtmışdılar: “Ancaq Ermənistan or­dusu faşistlərdən də qəddar olduğunu təsdiqlədi. İşğalçı ordu 30 il ərzində daşı daş üstündə qoymayıb. O vaxtlar faşistlərin işğal etdikləri ərazilərdə qismən də olsa, həyat davam edirdi, ermənilər kimi etnik təmizləmə apa­rılmırdı. Ermənilər isə yerli əhaliyə divan tutdu, sağ qalanlarını isə ata- baba yurdlarından didərgin saldılar, evləri, yolları, qəbiristanlıqları dağıtdı­lar. Bu, azmış kimi, həmin ərazilərdə saysız - hesabsız minalar basdırdılar! İndi erməni quldurları fəxrlə deyirlər ki, əraziləri tərk etməmişdən tək bir rayonda on yeddi maşın mina basdır­mışıq! Göründüyü kimi, hələ bu vaxta qədər yer üzərinə belə qəddar, aman­sız millət gəlməyib. Bunların əsas amalı dinc əhalinin qəsdinə yönələn planlar cızmaqdır”.

Ç. Qənizadə minalanmış ərazilərin xəritələrinin hələ də qaytarılmama­sına susqunluq nümayiş etdirən bir sıra beynəlxalq təşkilatları da qınadı: “Özlərini insan haqlarının, haqq- ədalətin müdafiəçisi kimi göstərən bəzi beynəlxalq təşkilatların hələ də susması, Ermənistana ciddi təsir göstərməməsi təəccüb doğurur. Axı, BMT -nin və ATƏT- in təcrübəsində mina məsələsi mühüm yer tutur. Bununla bağlı həmin təşkilatlar, xüsusilə, BMT xeyli sənəd qəbul edib, tədbirlər keçirib. Deməli, bütün bunlar görüntü xatirinə edilibmiş. Dünya birliyinə də bəllidir ki, bütün münaqişələrdə, müharibələrdə mi­nalardan xüsusi istifadə edilir. Bunu təkcə hərbçilərə qarşı yox, daha çox mülki insanlara, uşaq və qocalara qarşı yönəldirlər. Ermənistan da bu amansızlıqdan istifadə edir: “Təbii ki, Ermənistan qalan ərazilərin də mina xəritələrini vermək məcburiyyətində olacaq.Verməsələr, onlara baha başa gələcək. Onsuz da xəritəli- xəritəsiz Azərbaycan işğaldan azad edilmiş bütün əraziləri minalardan təmizləyəcək. Yaxşı olardı ki, yenidən prosesdə fəallaşmaq istəyən ATƏT-in Minsk qrupu ikili standartlara son qoy­sun. Əks- təqdirdə Ermənistanın başı üzərində yenə də “dəmir yumruğ”u görəcəklər”.