Rusiyada son sutkada daha 8 465 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 888 727 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 321 nəfər artaraq 113 647-yə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 4 502 906 nəfər sağalıb.