Beyləqan rayonunun Milabad qəsəbəsində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan 1994-cü il təvəllüdlü Kərimov Ağası Vüqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.