Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 656 yeni yoluxma qeydə alınıb.

Unikal.org-un "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 215 528 nəfərə çatıb.

Son sutka ərzində virusdan 16 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 4087 nəfərə yüksəlib.