Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 hərbi yük avtomobilindən ibarət 420 ton humanitar yükün çatdırılmasını təmin edib.

Unikal.org  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, enerji və su təchizatı sistemlərinin, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 20 hərbi KamAZ avtomobilindən ibarət 420 ton yük Rusiya sülhməramlı kontingentinin 15-ci kalonunun müşayəti ilə Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət edərək Kəlbəcərə çatdırılıb.