Koronavirus pandemiyasının  episentri olan və 200 mindən çox insanın öldüyü Hindistanda vəziyyət  günü-gündən pisləşir. 

Unikal.org xəbər verir ki, hindistanlı koronvirus xəstəsi  olan anasını  xəstəxanaya  apararkən çətin anlar yaşayıb. 

Belə ki,  gənc lazimi tibbi yardımı  ala bilmədiyi üçün anasını motosikletdə xəstəxanaya aparıb. Lakin qadın yolda keçinib.  Gənc oğlan  ona sarılmış anasının cansız bədəni ilə bir müddət  hərəkət etmədən dayanıb. 

Gəncin ürəkdağlayan görüntüsü dünya mətbuatında gündəm yaradıb.