Füzuli rayon Böyük Bəhmənli kənd Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Məmməd Əliyev 54 yaşında vəfat edib.

Füzuli rayon Təhsil Şöbəsindən Unikal.org-a bildirilib ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

M.Əliyev müalicə aldığı İmişli Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.