Rusiyada son sutka ərzində koronavirusa 7848 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 787 273 nəfərə çatıb. Rusiyada son sutkada 387 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 109 367 nəfərdir. İndiyə qədər 4 411 098 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.