Estoniyanın Kinhu adası qadın sakinlərinə görə  gündəmə  gəlib. 

Unikal.org xəbər verir ki,  ada yalnız qadınlardan ibarətdir. Belə ki, 400 qadın sakini  olan adaya kişilərin girişi qadağandır. Qadınlar kişilərə  aid olan bütün məşğuliyyətləri öz üzərilərinə  götürərək, icra edirlər. 

19-cu əsrdə  adada yaşayan bütün kişilərin balıq ovlamaq üçün getməsi və uzun zaman onlardan xəbər alınmaması  qadınları qəzəbləndirib. O zamandan bəri kişilərin adaya girişi qadağa olunub.  

Bundan sonra ada sakinlərinin kənara çıxışı olsa da,  adaya girişi tamamilə qapadılıb. Eston xalqının tarixi adət-ənənələrini  yaşadan qadınlar geyim tərzləri,  işləri və mətbəx təamlarını  yaşatmaqla  turistlərin diqqətini cəlb edir.