Argentinanın paytaxtı Buenos- Ayresdə  dəhşətli qətl hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki,  23 yaşlı Nikolas  Caime sosuial şəbəkədə  sevgilisinin fotosunu bəyənən Damian Di Bellanı  silahla öldürüb. 

Belə ki, bəyənidən profilini  tapan Nikolas  şəxsi  görüşə dəvət edib. Görüşə gələn 25 yaşlı  Di Bella  qarşılaşdığı mənzərədən şoka düşüb.  Nikolas maşında olan Bellaya 11 dəfə  atəş açaraq onu qətlə yetirib. 

Hadisə yerinə çox sayda polis qüvvələri cəlb olunub.  Cinayətkar  şəxs saxlanılaraq, polis bölməsinə  aparılıb.