Gürcüstanda son sutkada daha 521 nəfərə koronavirus diaqnozu qoyulub, 1 058 nəfər sağalaraq evə buraxılıb, 18 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 304 272 nəfər təşkil edir. Onların 287 029-u sağalıb, 4 043-ü isə ölüb.

Son 24 saat ərzində 11 226 test yoxlaması həyata keçirilib.