İraqın paytaxtı Bağdad şəhərinin cənubunda xəstəxanada yanğın baş verib.

Unikal.org xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat verib.

İlkin məlumata görə, yanğın zamanı ölənlərin sayı 82-yə yüksəlib.

“Al-Hadath” telekanalının məlumatına görə, xəstəxanada  koronavirusa yoluxan şəxslər müalicə alırmış.

Xəstəxanada yanğının partlayışdan sonra baş verdiyini bildirirlər.