“Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanla əvəz edilə bilməz. Şanlı tariximizdə heç bir erməni soyqırımı əsla  olmayıb! Heç bir tarixi əsasları olmayan, konkret məlumatlara söykənməyən bu yalanı irəli sürənlər və qəbul edənlər tarixi  rüsvayçılığa yol verirlər”.

Unikal.org xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Numan Kurtulmuş “twitter” səhifəsində ABŞ Prezidenti Co Baydenin “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadsini işlətməsilə əlaqədar mövqeyini bildirərkən bunu yazıb.

Numan Kurtulmuş bildirib ki, erməni lobbisinə yarınaraq Türkiyəyə bu böhtanı atanlara Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrini, Xirosima və Naqasakidə atdıqları atom bombası ilə kəsdikləri nəsilləri, Amerikada qırmızı dərililərin tək-tək yox edildiyini  xatırladıb: “Erməni terror təşkilatı ASALA-nın ABŞ-da Los Ancelesdə Baş konsulumuz Mehmet Baydarı 1973-cü ildə necə qətlə yetirdiklərini və digər qətliamlarını unutmadıq”.