Rusiyada son sutka ərzində koronavirusa 8320 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 649 710 nəfərə çatıb.

Rusiyada son bir gündə 277 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 103 263 nəfərdir. İndiyədək 4 272 165 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.