İranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib.

Unikal.org xəbər verir ki, İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın AES-in elektrik şəbəkəsində baş verdiyini bildirib.

Behruz Kəmalvəndi deyib ki, qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməyib.

O qeyd edib ki, hazırda qəzanın səbəbləri araşdırılır.