Türkiyədə koronavirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

Unikal.org-un Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə 44 756 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. İndiyədək ölkədə 3 445 052 nəfər koronavirusa yoluxub.

Son sutkada bu infeksiyadan 186 ölüm təsdiqlənib.