Myanmada hərbi çevriliş nəticəsində formalaşan xunta rejiminə qarşı etirazlar davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin amansız müdaxiləsi ilə xeyli dinc etirazçının ölməsindən sonra gərginlik daha da artıb.

Son olaylardan hiddətlənən bir qrup etirazçı polis idarələrindən birinə hücum edib. Nəticədə 6 polis, 1 etirazçı həyatını itirib.