Taylandda yanğın binanın çökməsinə səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Banqkok şəhərində baş verib. Naməlum səbəbdən yanan bina daha sonra çöküb.

Üç mərtəbədən ibarət olan tikilinin çökməsi nəticəsində 3 nəfər həyatını itirib, 6 nəfər xəsarət alıb. Xeyli sayda insanın dağıntılar altında qaldığı və xilasetmə tədbirlərinin davam etdiyi bildirilib.