İran prezidenti Həsən Ruhani pandemiya ilə bağlı ölkəsindəki vəziyyəti dəyərləndirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani ölkədə koronavirus pandemiyasının 4-cü dalğasının başladığını bəyan edib.

"Artıq 2 ostanda pandemiyanın yeni dalğası başlayıb. Bu dalğa 4-cü dalğadır. COVID-19-un "Braziliya ştammı", "Britaniya ştammı" və "Afrika ştammı" xüsusi təhlükə daşıyır. Bunlardan qorunmaq lazımdır", - deyə İran prezidenti söyləyib.

Yeni dalğa başlayan bölgələrin Elam ostanı və Əlburz ostanı olduğu bildirilib.