Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiyayönümlü separatçıların hücumu nəticəsində 3 nəfər həyatını itirib.

Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, separatçılar 21 dəfə atəşkəs rejimini pozub. Nəticədə Ukrayna ordusunun 2 hərbi qulluqçusu və 1 dinc sakin həlak olub.