İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Qazaxıstana rəsmi səfər edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran XİN mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə məlumat verib.

Onun sözlərinə görə, həmçinin Türkmənistan, Özbəkistan və Qırğızıstana da səfərlər nəzərdə tutulub. İran XİN başçısı 5-8 aprel tarixlərində bu ölkələrdə müxtəlif görüşlər keçirəcək.