"İndi Ukrayna Rusiyanın düşmənidir".

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, hazırda rəsmi Kiyevin Donbas üzrə təmas qrupundakı təmsilçisi Leonid Kravçuk söyləyib.

"Yazıçı Aleksandr Soljenitsın da deyirdi. Rusiya üçün heç bir dost yoxdur, ya düşməni var, ya da lakeyi var. Bu gün düşmən Ukraynadır. Bəli, indi Ukrayna Rusiyanın düşmənidir. Lakey isə Belarusdur. Bu, göz qabağındadır", - deyə Kravçuk bəyan edib.