Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Donbasla bağlı videokonfrans keçirəcəklər.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, videokonfrans "Normand dördlüyü" formatı çərçivəsində gerçəkləşdiriləcək. Lakin Ukrayna onlayn toplantıda iştirak etməyəcək.