Rumıniyada koronavirus əleyhinə vaksinasiya davam edir.  

Unikal.org xəbər verir ki, 104 yaşlı Zoea Baltaq   adlı qadın ölkənin "ən yaşlı peyvənd olunan ilk qadını" kimi tarixə düşüb.  Həmçinin Baltaq vaksinasiya zamanı həkimlərdən diqqətli olmasını tələb edib.  

O, bununla bağlı mətbuata açıqlama verərək, "Nəvəmin uşağını görmək istəyirəm buna görə yaşamalıyam",- deyə qeyd edib.