Türkiyə XİN Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə bilməsi ilə bağlı açıqlama yayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  bu barədə 10 dekabr 2020-ci ildə imzalanan protokolun hər iki ölkənin hökumətləri tərəfindən təsdiqləndiyi bildirilib.

Qərar 1 aprel 2021-ci il tarixindən qüvvəyə minəcək. Yeni qərarın "iki dövlət, tək millət" şüarında ifadə olunan qardaşlıq bağlarını daha da gücləndirəcəyi vurğulanıb.