Türkiyədə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bütöv məhəllə karantinə alınıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Van şəhərinin Gürpınar ilçəsinin Otbiçer məhəlləsində karantin elan edilib.

Bildirilib ki, ümumilikdə 804 sakinin yaşadığı məhəllədə 6 nəfərin COVID-19-a yoluxması qərarın verilməsinə səbəb olub. Jandarm qüvvələri məhəllənin bütün giriş-çıxışlarını nəzarətə götürüb.