Türkiyədə 2-ci doza vaksinasiya mərhələsində 2-ci yaş qrupu üzrə peyvəndləmə başlayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 60 yaşdan yuxarı şəxslərin və həyat yoldaşlarının 2-ci doza vaksinasiyası prosesinə start verilib.

Türkiyədə ümumilikdə 15 milyona yaxın insan bu vaxta kimi vaksinasiyadan keçib. 6.5 milyon insan isə 2-ci doza vaksinasiya prosesində iştirak edib.