Gürcüstana aprel ayında 100 min doza Çin istehsalı olan vaksin gətiriləcək. Bununla bağlı Çinin “Sinopharm” şirkəti ilə artıq razılıq əldə olunub.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qakrelidze məlumat verib.

Onun sözlərinə görə, bununla yanaşı koronavirusa qarşı vaksin istehsal edən “Pfizer”, “Novovax”, “Johnson & Johson” və digər şirkətlərlə də danışıqlar davam etdirilir.

Mərkəzin rəhbəri deyib ki, dünyanın bir çox ölkələrində milyonlarla insan Çinin “Sinopharm” şirkətinin istehsal etdiyi vaksindən istifadə edib. Gürcüstan da bu şirkətlə müqavilə imzalayıb və aprel ayında 100 min doza vaksin ölkəyə gətiriləcək.

Qeyd edək ki, Gürcüstan artıq 43 min 200 doza “AstraZeneca” və 30 min doza “Pfizer” peyvəndi alıb. Martın 15-dən başlanan vaksinasiya nəticəsində 7000 nəfərdən çox insan peyvənd olunub.