Rusiyada son sutka ərzində koronavirusa 9088 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 519 832 nəfərə çatıb.

Rusiyada son sutkada 336 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 97 740 nəfərdir. İndiyə qədər 4 139 128 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.