Misirin paytaxtı Qahirədə uçmuş 10 mərtəbəli yaşayış binasının dağıntıları altında 18 nəfərin meyiti aşkarlanıb.

Unikal,org xəbər verir ki, məlumatı “El Balad” nəşri yayıb.

Hadisə əhalinin sıx yaşadığı Qisr-əs-Süyes rayonunda dünən gecə saatlarında baş verib. Xilasedicilər gün ərzində dağıntılar altında qalanların axtarışlarını davam etdiriblər.

İlkin məlumatlara görə, binanın sahibi iki mərtəbəni qanunsuz tikib. Prokurorluq hadisə ilə bağlı təhqiqata başlayıb.

Daha əvvəl bildirilirdi ki, yaşayış binasının dağılması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı 30 nəfərə çatıb.