Türkiyə prezidentinin həyat yoldaşı, birinci ledi Əminə Ərdoğan 8 mart münasibətilə qadınları təbrik edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, çıxışda önəmli mesajlar verib.

"Bütün dünyada görülən şiddət və zorakılıq epidemiyasını ortadan qaldırmaq üçün əməkdaşlığımızı daha da artırmalıyıq. Şiddətə qarşı tək ürək və tək ağıl olmadan bu işi çözə bilmərik. Bunun üçün çalışmalıyıq", - deyə birinci ledi bildirib.