Zaqatala rayonunda evdə yanğın olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Mosul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 5 m² sahədə və tavanı 1 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.