Türkiyə ordusunun hərbi qulluqçusunun çaydan keçərkən iti də kürəyinə alıb çayı keçirməsi sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Unikal.org xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi həmin görüntüləri "Twitter" səhifəsində paylaşıb. Belə ki, İraqın şimalındakı Hakurk bölgəsində çaydan keçərkən türk əsgəri iti çaydan çiynində keçirib.

"Qürur duyuruq. "Bir millətin böyüklüyü və əxlaqi inkişafı heyvanlara olan davranış və münasibəti ilə dəyərləndirilir" Mahatma Qandi", - deyə paylaşımda qeyd olunub.