ABŞ-da Donald Trampın tərəfdarlarının Konqres binasına müdaxiləsi nəticəsində öldürülən polis məmurlarının şərəfinə bayraqlar endirilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev qərar qəbul edib. 

Xatırladaq ki,  6 yanvar tarixində  ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Kapitoliyə  Co Baydenin  prezidentliyini qeydə almaq üçün keçirilən iclas zamanı prezident Donald Trampın tərəfdarları tərəfindən basqın edilib.  Şiddət nəticəsində 5 nəfər həyatını itirib, onlarla insan yaralanıb.  Hadisələrlə əlaqəli olduğu düşünülən 60-dan çox adam nəzarətə alınıb. 

Beyaz Saray'da bayraklar yarıya indirildi