Rusiyada son sutka ərzində daha 23 315 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 425 269 nəfərə çatıb.

Son sutka ərzində 436 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 62 273 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.